Belçika dünya üçüncüsü oldu

İyulun 14-də Rusiyada keçirilən dünya çempionatında 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Belçika dünya üçüncüsü oldu

İyulun 14-də  Rusiyada keçirilən dünya çempionatında 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə qarşılaşıb. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.

Gənc oyunçulardan ibarәt olan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub.

Belçika – İngiltərə - 2:0

Qollar: Tomas Menye, 4, Eden Azar, 82



Әlaqәli Xәbәrlәr