Xorvatiya – İngiltərə qarşılaşmasını Cüneyt Çakır idarə edəcək

Məlumata görə, matç türkiyəli hakimlər briqadasına həvalə olunub.

Xorvatiya – İngiltərə qarşılaşmasını Cüneyt Çakır idarə edəcək

DÇ-2018-in yarımfinal mərhələsinin ikinci matçı – Xorvatiya – İngiltərə qarşılaşmasının hakimləri açıqlanıb. Məlumata görə, matç türkiyəli hakimlər briqadasına həvalə olunub.

Matçı FİFA dərəcəli hakim  Cüneyt Çakır idarə edəcək. Ona Bahaddin Duran və Tarık Ongun yardım edəcəklər.

Qeyd edək ki, yarımfinal görüşü iyulun 11-də saat 22:00-da start götürəcək.



Әlaqәli Xәbәrlәr