DÇ-2018 oyununda Xorvatiya Nigeriyanı məğlub etdi

Rusiyanın Kalininqrad şəhərinin mərkəzi arenasında keçirilən qarşılaşmada Xorvatiya yığması Nigeriya komandasını 2:0 hesabı ilə məğlub edib.

DÇ-2018 oyununda Xorvatiya Nigeriyanı məğlub etdi

Rusiyanın Kalininqrad şəhərinin mərkəzi arenasında keçirilən qarşılaşmada Xorvatiya yığması Nigeriya komandasını 2:0 hesabı ilə məğlub edib.

Mundialın üçüncü gününün sonuncu oyununda "D" qrupunda yer alan Xorvatiya və Nigeriya milliləri qarşılaşıblar. "Kalininqrad Arena"da keçirilən oyunda hesab 32-ci dəqiqədə açılıb. Nigeriya millisinin üzvü Oqenekaro Etebo avtoqolla yadda qalıb. Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissənin 70-ci dəqiqəsində Uilyam Ekonqun kobud oyununa görə, Nigeriya millisinin qapısına penalti təyin olunub. Cərimə zərbəsini dəqiq yerinə yetirən Luka Modriç hesab arasındakı fərqi artırıb. Bu qol dünya çempionatları tarixində 2400-cü qol olub.

Xatırladaq ki, “D” qrupu çərçivəsində keçirilən Argentina-İslandiya qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

İyunun 16-da “C” qrupu çərçivəsində də iki oyun keçirilib. Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Danimarka komandası isə Peru millisinə qalib gəlib – 1:0.



Әlaqәli Xәbәrlәr