Futbol üzrə dünya çempionatının açılışı ilə əlaqədar 20-dən çox dövlət başçısı Rusiyaya gələcək

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının açılış mərasiminə və ilk oyununa baxmaq üçün 20-dən çox dövlət başçısının Moskvaya gəlməsi nəzərdə tutulub.

Bunu “Rusiya-2018”in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin jurnalistlərə açıqlamasında deyib.

“Açılış mərasimini 20-dən çox dövlət başçısı izləyəcək. Dövlət başçılarının açılış matçlarına və dünya çempionatının finalına hər zaman böyük marağı var. Bu böyük bayram sevincini bizimlə bölüşdüklərinə görə hər birimiz çox sevinirik”, - deyə A.Sorokin bildirib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Türkiyə vaxtı ilə saat 17:30-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq. Açılışdan sonra keçiriləcək ilk oyunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Mənbə: AZƏRTAC

Әlaqәli Xәbәrlәr