Nobel sülh mükafatının laureatı bəlli oldu

2017-ci ilin Nobel Sülh mükafatı Nüvə Silahlarının Ləğvi Beynəlxalq Kampaniyası (İCAN) adlı təşkilata verildi.

821715
Nobel sülh mükafatının laureatı bəlli oldu

Bunu Norveç Nobel Komitəsi elan edib. Komitənin prezidenti Reiss-Andersen deyib ki, bu təşkilat nüvə silahlarının insanlıq üçün hansı fəlakətli nəticələrə gətirəcəyini göstərmək və bu silahların qadağan olunması müqavilələrinə nail olmaq üçün böyük iş görür.

İCAN 2007-ci ildə yaradılıb. Onun 101 ölkədə 468 tərəfdaş təşkilatı var.

 



Әlaqәli Xәbәrlәr