Beşiktaş-Olympiakos  qarşılaşması TRT ekranlarında

Beşiktaş, Avropa Liqasının 16-cı turunda bu axşam (16 Mart) İstanbulda Vodafone Arenada Yunanıstan nümayəndəsi Olympiakos ilə qarşılaşacaq.

Beşiktaş-Olympiakos  qarşılaşması TRT ekranlarında

Yunanıstanda oynanan ilk matçda 1-1 hesabla ölkəsinə qayıdan qara-ağlı komanda, üstün başlayacaq bu günkü qarşılaşma ilə ¼ finala vəsiqə qazanmaq uğrunda mübarizə edəcək.

Türkiyə vaxtıyla saat 21.00-də başlayacaq matç, TRT-1 ekranlarında canlı yayımlanacaq.

İngiltərə Futbol Federasiyasından Michael Oliverin hakimlik edəcəyi matçın köməkçi hakimləri Stephen Child və Stuart Burt olacaq.

Avropa futbolunun 2 nömrəli tədbiri çərçivəsində indiyə dək 99 matçda oynayan qara-ağlılar, rəqiblərini 44 dəfə məğlub edib. 21 matçdan isə heç-heçə hesabla ayrılıb. 34 qarşılaşmada isə məğlub olub.

Avropa Liqasında 152 dəfə qol sevinci yaşayan qara-ağlı komandanın qapısına 121 qol ötürülüb.

 



Әlaqәli Xәbәrlәr