Azərbaycan alimləri yeni velosiped modelinə patent əldə ediblər

İnstitutdan bildirilib ki, bu, Azərbaycanın ixtiraçı alimlərinin ikitəkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.

1146205
Azərbaycan alimləri yeni velosiped modelinə patent əldə ediblər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped modelinə patent əldə ediblər.

İnstitutdan bildirilib ki, bu, Azərbaycanın ixtiraçı alimlərinin ikitəkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir. Yeni velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda, aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi bu velosiped modeli səkkiz fərqli ötürmə ədədinə malik sürətlər qutusu və sürət dəyişən mexanizmlə təchiz olunduğundan, şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə edilə bilər.

Qeyd edək ki, sözügedən velosiped modeli patentləşdirilsə də, onun ilkin sınaq versiyası hələ ki, hazırlanmayıb.



Әlaqәli Xәbәrlәr