Süni zəka insan düşüncələrini danışığa çevirir

Elm insanları beyin siqnallarını təsirli bir formada danışmağa çevirə bilən bir süni zəka kompyuter sistemi yaratdı.

Süni zəka insan düşüncələrini danışığa çevirir

Elm insanları beyin siqnallarını təsirli bir formada danışmağa çevirə bilən bir süni zəka kompyuter sistemi yaratdı. Edilən dəlil xüsusiyyətindəki təcrübələr sayəsində, gələcəyin beyin idarəli ünsiyyət cihazlarına artıq yol açıqdır. Bu sayədə ALS xəstələri kimi xəstələr xarici dünya ilə ünsiyyət qura bilər. Adətən beyin kompyuter interfeyslərində ən böyük çətinlik sözlər və görüntülər qarşılığında beynin çıxardığı siqnallarında doğru tərcümə etməkdir. Elm fantastik filmlərinə xas, düşüncə gücü ilə ünsiyyət fikri hər nə qədər yavaş irəliləsə də, artıq həqiqətə çatmaq üzrədir.

Araşdırmada epilepsiya üçün beyin əməliyyatı keçirəcək 5 xəstədən alınan məlumatlar ilk olaraq istifadə edildi. Xəstələrin beyninə müxtəlif elektrodlar bağlanaraq, 4 fərqli natiqdən qısa hekayələr dinlədildi, elektrokortikoqrafiya ölçüləri alındı. Beyin əməliyyatı əsnasında hər xəstədən 30 dəqiqə boyunca qeydlər alındı. "Dr.Mehta əməliyyatı edərkən, epilepsiya xəstələrinə fərqli insanlardan cümlələr dinlədərək beyin fəaliyyətlərini ölçdük", - deyə araşdırmanın yazıçısı Nima Mesqarani bildirib. Natiq pillələri söylədikcə, xəstənin beyin siqnalları yazılaraq, səs koderdə təyin olunur. Sonra sinir şəbəkəsi analiz edilərək, səs koderdən çıxarılan çıxış təmiz formada ayrılır.

Araşdırma Scientific Reports jurnalında nəşr olundu.

Milli.Az



Әlaqәli Xәbәrlәr