Xarici ölkə vətəndaşı tələbələr üçün “2019 Türkiyə təqaüdləri” proqramı

Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsinin (YTB) xarici ölkə vətəndaşı olan tələbələrə Türkiyədə ali təhsil imkanı yaradan “2019 Türkiyə təqaüdləri” üçün müraciətlər başladı.

Xarici ölkə vətəndaşı tələbələr üçün “2019 Türkiyə təqaüdləri” proqramı

Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsinin (YTB) xarici ölkə vətəndaşı olan tələbələrə Türkiyədə ali təhsil imkanı yaradan “2019 Türkiyə təqaüdləri” üçün müraciətlər başladı.

YTB tərəfindən təmin edilən Türkiyə təqaüdləri Türkiyənin tanınmış universitetlərində istənilən müddətdə (uzun müddət yaxud qısa müddətli proqramlar nəzərdə tutulur) seçilmiş tələbələrə verilən, dövlət tərəfindən maliyyələşdirilən, rəqabətcil təqaüd proqramı kimi tanınır.

Türkiyə təqaüdləri ölkələr arasında əməkdaşlıq və icmalar arasında qarşılıqlı  anlayışı gücləndirəcəyi vədi verən gələcəyin liderlərinin yer aldığı bir şəbəkə yaratmağı məqsəd götürür.

“Türkiyə təqaüdləri 2019” müraciətləri 15 yanvar-20 fevral tarixləri arasında bütün ölkələrdən gələn xarici ölkə vətəndaşı tələbələr üçün açıq olacaq. Birbaşa yaxud poçt vasitəsilə edilən müraciətlər qəbul edilməyəcək və müraciətlər üçün hər hansı ödəniş olmayacaq.

Proqrama bakalavr, magistr və aspiranturaya namizəd tələbələr müraciət edə bilərlər.

Qeyd edək ki, “Türkiyə təqaüdləri proqramı”na müraciətlər 2018-ci ilədək 135 minə çıxıb. Hazırda dünyanın dörd bir tərəfindən xarici ölkə vətəndaşı tələbələrə açıq olan “Türkiyə təqaüdləri”ndən istifadə edən 160  ölkədən 17 min 500 gənc Türkiyənin müxtəlif şəhərlərindəki universitetlərində təhsil alır.

Türkiyədəki ali təhsil sisteminin bexnəlxalq səviyyədə keyfiyyət qazanmasında önəmli rol oynayan proqram çərçivəsində hər il orta hesabla 7 min tələbəyə təqaüd verir.

Sadəcə xarici ölkə vətəndaşı tələbələrin istifadə edə bildiyi Türkiyə təqaüdlərinə hər il müəyyən dövrdə internet vasitəsilə müraciət edilə bilir.

Sistem üçün vacib olan sənədlərlə əlaqəli məlumatları qeyd edən və ilk dəyərləndirmə mərhələsini keçən tələbələr dünya miqyasında təqribən 100 nöqtədə müsahibə, yəni üz-üzə görüş hissəsi reallaşdırılır.

Uğur qazanan tələbələrdən Türkiyəyə gələn namizədlər ilk il dil kursunda iştirak edirlər, sonra isə seçimləri istiqamətində universitetlərə yerləşdirilirlər.

Bakalavr, magistr, aspirantura və elmi araşdırma aparanlara verilən Türkiyə təqaüdünü qazanan tələbələr sağlamlıq siğortası ödənişləri də təmin olunurlar.

Tələbələrin Türkiyəyə ilk gəliş biletlərilə ilə məzun olduqdan sonra ölkələrinə gediş biletləri də YTB tərəfindən ödənilir.

Tələbələr müraciətlərini yenilənən internet saytı "www.turkiyeburslari.gov.tr" ünvanında təqib edə bilərlər.



Әlaqәli Xәbәrlәr