Kosmosun dərinliklərindən gələn radio siqnalları

Kanadadakı "British Columbia" universitetinin alimləri 1.5 milyard işıq ili uzaqlıqdakı bir mənbədən gələn radio siqnalları kəşf ediblər.

Kosmosun dərinliklərindən gələn radio siqnalları

BBC-nin məlumatına əsasən, Kanadadakı "British Columbia" universitetinin alimləri 1.5 milyard işıq ili uzaqlıqdakı bir mənbədən gələn radio siqnalları kəşf ediblər. Siqnallar Okanagan Vadisindəki CHİME adlı radio teleskopu vasitəsilə müəyyən edilib.
Universitetin alimi İnqrid Steyrs bildirib ki, kosmosun dərinliklərində belə dalğalar çoxdur və bunlara nəyin səbəb olduğuna dair daha çox məlumat əldə ediləcək.

Sürətli və təkrarlanan radio siqnallar haqqında verilən açıqlamada deyilir:

"Bunun bir çox səbəbi ola bilər. Bir ulduz partlamasından tutmuş, yadplanetlilərə qədər bir çox səbəbdən yarana bilər. Amma əlimizdəki məlumatlar az olduğu üçün hələlik sir olaraq qalıb."

Bir çoxları əmindir ki, radiosiqnallar təbii mənşəlidir. Bəziləri isə düşünür ki, onlar Yerdən kənardakı həyatın sübutu ola bilər.

Professor Streyz hesab edir ki, bu izahatdakı reallıq payı azdır.

Səs dalğaları cəmi bir millisaniyə davam edir. Bu isə Günəşin 12 ayda istehsal etdiyi enerjiyə bərabərdir. Eyni mənbədən isə bir neçə ay ərzində 6 dəfə radio siqnal gəlib.



Әlaqәli Xәbәrlәr