İran gələn həftə kosmosa iki süni peyk göndərəcək

İran dövləti gələn həftə öz hərbi sənayesinin istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək.

İran gələn həftə kosmosa iki süni peyk göndərəcək

İran dövləti gələn həftə öz hərbi sənayesinin istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək.

Bunu İran prezidenti Həsən Ruhani ölkənin keçmiş dövlət başçısı Əli Əkbər Haşimi Rəfsancaninin vəfatının ikinci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, bu gün İran müdafiə sahəsində ən son nailiyyətlərə malik silah istehsalı ilə məşğuldur. İran Prezidentin sözlərinə görə, hərbi sənayenin inkişafının əsası mərhum ölkə başçısı Rəfsancaninin hakimiyyəti illərində qoyulub. İran bu sahədə artıq çox irəliləyib.

Həsən Ruhani Rəfsancaninin misilsiz siyasi xadimlərdən biri olduğunu vurğulayıb.

Sabiq prezident Haşimi Rəfsancani 8 yanvar 2017-ci ildə hovuzda həyatını itirmişdi. İlk olaraq ölüm səbəbi ürəktutması kimi elan edildi. Rəfsanccaninin qızı Fatma Haşimi keçən həftə Anadolu agentliyinə verdiyi açıqlamada aasının vəfatı ilə əlaqəli hələ də bir çox şübhənin olduğunu bildirərək, "Atamın əcəli ilə öldüyünə heç inanmadım" demişdi.



Әlaqәli Xәbәrlәr