Xərçəng xəstəliyi gələcək nəsillər üçün ölümcül olmayacaq

İngiltərənin paytaxtı Londonda "Francis Crick İnstitute"da xərçəng xəstəliyini tədqiq edən alimlər xərçəng hüceyrələrini məhv etmək üçün yeni bir müalicə metodu tapdılar.

1115339

Tədqiqatçılar başqa insanlardan köçürülən immun hüceyrələrlə bədənin müdafiə qabiliyyətini gücləndirməyin mümkün olduğunu müəyyənləşdirdilər.

Xərçəng xəstələri üçün ümid işığı olan yeni metod yeni ilin əvvəlindən etibarən həyata keçiriləcəkdir.

İnstitutun alimləri xəstəliklə mübarizə edən hüceyrələri saxlamaq üçün immunitet bankı yaratmaq istəyir.

Tədqiqatın rəhbəri immunologiya mütəxəssisi Adrian Hayday alimlər və həkimlərin xərçəng hüceyrələrini öldürmək üçün bədəni zəhərləyən kimyəvi terapiyadan istifadə etmək əvəzinə orqanizmi idarə edən mühəndislərə çevriləcəyini vurğuladı.

Hayday: "Təbii qatil hüceyrələr adlandırılan hüceyrələrlə ciddi nəticələr əldə edirik. Hal-hazırda müalicə istiqamətindəki işlərimizin erkən mərhələsindəyik. Lakin gələn il, və ya iki il sonra bu metodla müalicə olunacaq xəstələr olacaq. Bu hüceyrələrin rədd edilməməsi onların əsas xüsusiyyətlərindən biridir"

Hər il dünyada 14 milyon, Türkiyədə 150 min insana xərçəng diaqnozu qoyulur.
 
Әlaqәli Xәbәrlәr