Kosmosdakı ağıllı həyat formalarının Yer kürəsinə səfərləri ilə bağlı iddia

Amerika Birləşmiş Ştatlarının Milli Aviasiya və Kosmos İdarəsinin  (NASA) Ağıllı Sistemlər bölməsinin əməkdaşı  Silvano P. Kolombano kosmosdakı ağıllı həyat formalarının Yer kürəsinə səfərlərinə dair iddia irəli sürdü.

  Dünyadankənar həyat haqqındakı mövcud dünyagörüşünün çox dar olduğunu qeyd edən Kolombano üstün xüsusiyyətləri olan yad bir həyat növündən Yer kürəsinə edilmiş bir səfərin gözdən qaçırıldığını bildirdi. 

Tədqiqatçı bunun ənənəvi karbon əsaslı həyatdan çox fərqli ola biləcəyini vurğuladı.
 
Tədqiqat işini  "Decoding Alien Intelligence" konfransında təqdim edən Kolombano bu son dərəcə kiçik və yüksək intellektli varlıqların bəşəriyyətin əldə etdiyi texnoloji imkanlardan çox irəli getdikləri və hətta ulduzlararası səfərlərdə professional bir səviyyəyə çatdıqları barədə tezis irəli sürdü.
 
 Kolombanoya görə, sivilizasiyamızın texnoloji inkişaf yoluna təxminən 10 min il əvvəl qədəm basdığı və yalnız son 500 ildə elmi metodların yüksəlişinin müşahidə olinduğu nəzərə alınarsa, qarşıdakı min il ərzində belə bir texnoloji səviyyənin əldə olunması mümkün deyil.
 
 Gələcəkdə radiodalğaların da aktuallığını itirə biləcəyini də diqqət çəkən Kolombano fizikləri ən etibarlı nəzəriyyələrə əsaslanaraq UFO faktını tədqiq etmək üçün "spekulyativ fizika"ya yönəlməyə dəvət etdi.

Әlaqәli Xәbәrlәr