Türkiyədə Beynəlxalq Tələbə Akademiyasına müraciətlər başladı

Türkiyədə ali təhsil alan əcnəbi tələbələr üçün hazırlanan “Beynelxalq Tələbə Akademiyası”na müraciətlər başladı.

Türkiyədə Beynəlxalq Tələbə Akademiyasına müraciətlər başladı

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi Sədrliyi (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı, YTB) tərəfindən Türkiyədə ali təhsil alan əcnəbi tələbələr üçün hazırlanan “Beynelxalq Tələbə Akademiyası”na müraciətlər başladı.

Tələbələrin akademik və peşə təcrübələrini artıracaq müxtəlif proqramların yer aldığı Beynelxalq Tələbə Akademiyası proqramına müraciətlər noyabrın 25-dək davam edəcək.

Akademiya Türkiyədə təhsil alan əcnəbi tələbələrin akademik, sosial və mədəniyyət baxımından təcrübə keçmələrinə töhfə verəcək, tələbələrin maraq və iş sahələrilə əlaqəli yeni imkanlar yaradacaq.  

Türkiyədə təhsil alan əcnəbi tələbələr ilk planda akademiya ilə birlikdə təhsil aldıqları alimlər başda olmaqla yazıçı və sənətçilərlə yaxın əlaqə saxlaya biləcəklər.

Tələbələr arasında ünsiyyət və paylaşmanın artırılması hədəf götürülüb.  

Türkiyədə hazırda ali təhsil alan bütün tələbələr proqrama müraciət edə biləcək.

Müraciətlər,  http://basvuru.ytb.gov.tr/ internet ünvanından edilə bilər. Təfərruatlı məlumatı  www.ytb.gov.tr səhifəsindən əldə etmək mümkündür. Tələbələr sual və təkliflərini akademi@ytb.gov.tr ünvanından YTB-yə çatdıra bilərlər.



Әlaqәli Xәbәrlәr