• Video Qalereya

Tarixin ilk kosmos ölkəsinin ilk prezidenti azərbaycanlıdır

Asgardianın rəsmi veb saytında yazılana görə, hazırda 280 min Asgardia vətəndaşı vardır. Türkiyəlilər bu sırada 40 min üzvülə siyahıya başçılıq edir. Ondan sonra Amerika Birləşmiş Ştatları, Hindistan və Çin gəlir.

Tarixin ilk kosmos ölkəsinin ilk prezidenti azərbaycanlıdır

  Tarixin ilk kosmos ölkəsi olaraq 2016-ci ildə yaradılan Asgardia artıq vətəndaşlıq üçün illik ödəniş tələb edir.

  Asgardianın Vətəndaşlıq Qanununda dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklər nəticəsində Asgardia vətəndaşları vətəndaşlıq haqlarını davam etdirmək üçün illik 100 avro ödəməlidir.

  Asgardia parlamentinin sədri Lembit Öpik qərarın parlament tərəfindən səs çoxluğuyla qəbul olunduğunu bildirib.

  Qərara görə, Asgardia vətəndaşlığına yeni müraciət edən adamlar 30 günlük təqib müddəti ərzində vətəndaşlıq haqqını ödəmək məcburiyyətindədir. Amma hal-hazırda Asgardia vətəndaşı olanlar isə istədikləri zamanda ödəyə bilər.

  12 oktyabr 2016 - 1 oktyabr 2018-ci il tarixləri arasında Asgardianın inkişaf etdirilməsi üçün ianə verən vətəndaşlar isə 2019-cu ilə qədər vətəndaşlıq haqqını ödəməkdən azad edilir.

  Vətəndaşlıq haqqını ödəməyi rədd edənlərin isə vətəndaşlıqları və hüquqları təxirə salınacaq.

  Skandinaviya mifologiyasından tanrı Odinin hökm sürdüyü Asgard adından götürülən Asgardia Azərbaycan əsilli alim və iş adamı İqor Aşurbəyli tərəfindən 2016-ci ildə yaradılıb. 2018-ci ilin iyun ayında rəsmən dövlət başçısı seçilən İ.Aşurbəyli insanların qurduğu ilk kosmos respublikası Asgardianın planetin digər ölkələrinin məhdudiyyətlərindən azad, müstəqil bir yer olaraq təqdim ediləcəyini söyləyib.

  Asgardianın rəsmi veb saytında yazılana görə, hazırda 280 min Asgardia vətəndaşı vardır. Türkiyəlilər bu sırada 40 min üzvülə siyahıya başçılıq edir. Ondan sonra Amerika Birləşmiş Ştatları, Hindistan və Çin gəlir.



Әlaqәli Xәbәrlәr