"Süd yolu"nun yanında "cırtdan qalaktika" kəşf edildi

ESA Avropa Kosmos Agentliyinin "Gaia" teleskopu ilə "Süd yolu" qalaktikasına yaxın olan və daha əvvəl varlığından xəbərimiz olmayan bir qalaktika göründü.

"Süd yolu"nun yanında "cırtdan qalaktika" kəşf edildi

  "Phys.org internet" saytının yaydığı  xəbərə görə, ESA Avropa Kosmos Agentliyinin "Gaia" teleskopunun optik qeydlərini tədqiq edən beynəlxalq astronomlardan ibarət qrup "Süd yolu" qalaktikasının disk buludunun ardında gizlənmiş cırtdan qalaktika kəşf ediblər.
 
 "Antlia 2 (And 2)" adı verilən qalaktikanın "Süd yolu" qalaktikasının üçdə biri böyüklükdə olmasına baxmayaraq, şüalanma səviyyəsi çox aşağı olduğundan bu günə qədər görülməyib.
 
 Cırtdan qalaktikalar kainatın erkən yaranma prosesində ortaya çıxıblar. Bu səbəbdən ulduzları yaşlı, aşağı sıxlıqlı və metalı olmayan göy cisimləri kimi tanınır.
 
Tədqiqata rəhbərlik edən Qabriel Torrealba: " Bu, bir qalaktika kabusudur. "Ant 2" qədər az şüalanan göy cisimlərini bu günə qədər görə bilmirdik. Kəşfimiz Gaia göstəricilərinin keyfiyyəti sayəsində mümkün oldu", - dedi.
 
Tədqiqatın nəticələri rəqəmsal məqalə platforması "arXiv.org"un internet saytında dərc olunub.



Әlaqәli Xәbәrlәr