Türkiyə universitetlərində təhsil alan azərbaycanlılar Bakıda bir araya gələcəklər

Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlılar noyabrın 14-də Bakıda toplaşacaqlar.

Türkiyə universitetlərində təhsil alan azərbaycanlılar Bakıda bir araya gələcəklər

Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlılar noyabrın 14-də Bakıda toplaşacaqlar.

Məzunlar Türkiyədəki Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Komitəsinin "Türkiyə Məzunları Proqramı" çərçivəsində bir araya gələcəklərş

Qeyd olunub ki, Türkiyədə indiyə qədər 125 min azərbaycanlı müxtəlif universitetlərdə bakalavr, magistr və doktorantura səviyyələrində təhsillərini tamamlayaraq Azərbaycana qayıdıb. Bu tələbələr Azərbaycanının Türkiyədə könüllü elçiləridir. Onlar həm cəmiyyətlərinin inkişafını təmin edir, həm də Türkiyə ilə Azərbaycan arasında dostluq körpüləri qururlar. Bu dəfə növbə Azərbaycandadır. Türkiyədə bu tələbələrin təqaüdlü olaraq təhsil almasına kömək edən və daimi onların yanında olan qurum həmin tələbələr ilə onlar məzun olduqdan sonra da əlaqələri kəsmir. Bakıdakı toplantı da bu məzmundadır. Proqrama, təxminən, min məzunun qatılacağı gözlənilir. 

Hazırda Türkiyədə 17 min azərbaycanlı tələbə təhsilini davam etdirir. 

Qeyd edək ki, qurum tərəfindən 2017-ci ildə başladılan "Türkiyə Mezunları Proqramı" çərçivəsində indiyə qədər 30 ölkədə, 36 fərqli şəhərdə 50 məzun görüşməsi olub.



Әlaqәli Xәbәrlәr