“Kounotori-7” kosmik yük gəmisi yerə qayıdır

Yaponiyanın “Kounotori-7” kosmik yük gəmisi yerə qayıdmaq üzrə Beynəlxalq Kosmos Stansiyasından ayrıldı.

“Kounotori-7” kosmik yük gəmisi yerə qayıdır

Kyodo agentliyinin, Yaponiya Kosmos Kəşf Agentliyinə (JAXA) istinad etdiyi xəbərinə görə, Yapon dilinde "ağ leylək" mənasını verən “Kounotori7”, Beynəlxalq Kosmos Stansiyasından yüklədiyi eksperimentlərin nəticələri və tullantılar ilə Dünyaya qayıtmaq üzrə hərəkət edib.

Agentlik bildirib ki, “Kounotori7”-nin bazar günü atmosferə girişi əsnasında buraxacağı kapsulun, Yaponiyanın uzaq şərqində Minamitori Adası yaxınlığında Sakit okeana yumşaq eniş etməsi gözlənilir.

Yüksək tempratora dözümlü kapsul, Beynəlxaq kosmos stansiyada aparılan eksperimentlər zamanı əldə edilən kristal zülalları daşıyacaq



Әlaqәli Xәbәrlәr