İndoneziyada Müdafiə sərgisində iştirak edən Türk firmaları maraqla qarşılandı

Türkiyədən sərgidə qatılan və cəmi 1500 kvadratmetrlik sahədə yerləşən 20-dək Türk firmasına böyük rəğbət göstərilir.

İndoneziyada Müdafiə sərgisində iştirak edən Türk firmaları maraqla qarşılandı

İndoneziyada Beynəlxalq Müdafiə sərgisinə qatılan Türk firmaları, “ANKA”, “Hürkuş”, “KORKUT” və “T-129 ATAK”  helikopterlərinin də aralarında olduğu quru, dəniz, hava və təhlükəsizlik sahələrini əhatə edən son texnologiya məhsullarını nümayiş etdirir.

İndoneziya Müdafiə Nazirliyinin ev sahibliyində paytaxt Cakartada başlayan, Cənubi-şərqi Asiyanın ən böyük müdafiə sərgisi adlandırılan tədbirdə Müdafiə Sənaye İdarəsinin dəstəyilə Türkiyədən sərgidə qatılan və cəmi 1500 kvadratmetrlik sahədə yerləşən 20-dək Türk firmasına böyük rəğbət göstərilir.

Türkiyənin də aralarında olduğu 59 ölkədən 867 firmanın iştirak etdiyi sərgidə Türk firmaları son təxnoloji məhsullarını nümayiş etdirərkən Türk stendlərinə ciddi maraq göstərən Cənubi-Şərqi Asiyadakı müxtəlif ölkələrdən olan heyət və rəsmi vəzifəlilər məhsullar və təmin edilən xidmətlərə dair müfəssəl məlumat əldə edir.

İki ildən bir təşkil edilən sərgi noyabrın 10-dək ziyarətçilərin üzünə açıq olacaq.



Әlaqәli Xәbәrlәr