Әziz Səncar Özbəkistan Milli Universitetinin fəxri doktoru oldu

Nobel mükafatlı laureatı, professor Әziz Səncəra fәxri doktor adı verilib.

Әziz Səncar Özbəkistan Milli Universitetinin fəxri doktoru oldu

Özbəkistan  Milli Universiteti Nobel mükafatı laureatı, professor Әziz Səncəra fəxri doktor adı verib.

Professor Әziz Sәncar bildirib ki, elm olmadan mәtәbәrlilik olmaz. Bunu Türk dünyası  birlikdә  çalışaraq әldә edә bilәr. Birgә fәaliyyәt göstәrmәk çox әhәmiyyәtlidir. Dilimiz, dilimiz vә köklәrimiz eynidir. Bizlәr birgә çalışsaq  böyük nailiyyәtlәr әldә edә bilәrik.

Türk Hava Yolları  ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dәstәyi vә  Özbəkistan Milli Universitetinin dəvəti ilə ölkəyə sәfәr edәn Nobel mükafatı laureatı  professor Әziz Sәncar universitet tәrәfindәn tәşkil olunan  ‘'Әziz Sәncar: Elmin sonsuzluğunda bir hәyat’’ mövzusunda  beynәlxalq konfransında iştirak edib.

Çox sayda özbək tələbə və müәllimin  iştirak etdiyi konfransa Türkiyənin Daşkənddәki sәfiri  Əhməd Başar Şən, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin koordinatoru Əli İhsan Çağlar və Özbəkistan Milli Universitetinin rektoru Avaz Marahimov da qatılıblar.

Konfransda çıxış edәn Әziz Sәncar Özbəkistanda olmaqdan duyduğu məmnuniyyəti dilə gətirərək Özbəkistan bayrağını Amerika Birləşmiş Ştatlarına aparacağını və qurduğu Türk Evində olan Türkiyə və Azərbaycan bayraqlarının yanına asacağını bildirib.

Keçmişdə yaşayan Türk alimlərinin  elmin inkişafına böyük töhfə verdiyini ifadə edən Səncər: ‘‘ Bu torpaqlarda yaşayan və riyaziyyatın inkişafına böyük töhfə verən Əl Xarəzminin  nəvələri olaraq bütün Türk gənclərinin vəzifəsi dünya elminə töhfə verməkdir" deyib.

Qәrb ölkәlәrinin bir Türkün Nobel mükafatı almasını gözlәmәdiyini vә bunun onlar üçün böyük sürpriz olduğunu deyәn Әziz Sәncar bu mükafatın Türk dünyasına olan mötәbәrliliyi daha da artıracağına ümid etdiyini bildirib.

Konfransda Әziz Sәncarın hәyatı vә elm dünyasına verdiyi töhfәlәri ilә bağlı qısa film nümayiş olunub.

Konfransdan sonra Özbəkistan Milli Universitetinin rektoru Avaz Marahimov tәrәfindәn  Əziz Səncara Özbəkistan Milli Universitetinin  fəxri doktoru adı verilib.

Әziz Səncər  daha sonra özbək tələbə və müәllimlәr ilə xatirə fotoşəkil  çəkdirib.



Әlaqәli Xәbәrlәr