Dünya miqyasında ruhi xəstəliklər artır

Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, dünya miqyasında təqribən 300 milyon deprassiya, 50 milyon demensiya, 23 milyon şizofreniya və 60 milyon bipolyar pozuntu xəstəlikləri olduğu bildirilib.

Dünya miqyasında ruhi xəstəliklər artır

Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, dünya miqyasında təqribən 300 milyon deprassiya, 50 milyon demensiya, 23 milyon şizofreniya və 60 milyon bipolyar pozuntu xəstəlikləri olduğu bildirilib.

Psixiatriya, ictimai səhiyyə və nevrologiya sahəsində 28 qlobal ekspert tərəfindən hazırlanan “Lancət Komissiyası”nın hesabatında isə ruhi sağlamlığa dair dünya miqyasında dərinləşən iqtisadi böhranın insanlar, cəmiyyətlər və iqtisadiyyatlar üzərində daimi fəsadlara gətirib çıxara biləcəyi vurğulanıb.

Hesabatda dünyanın hər ölkəsində ruhi xəstəliklərdə artım olduğu və kütləvi şəkildə tədbir görülməyəcəyi təqdirdə 2010-2030-cu illər arasında qlobal iqtisadiyyata xərcinin 16 trilyon dollara çıxa biləcəyi açıqlanıb.

Hesabatın baş redaktoru Harward tibb fakültəsinin professoru Vikram Patel xərclərin bir hissəsinin birbaşa səhiyyə xidmətləri, dərman və müalicələrdən ibarət olacağını bildirərək, əksəriyyətinin isə məhsuldarlıq itkisi, sosial rifah, təlim və ictimai nizam üçün xərc kimi vasitəli yollardan olacağını, ölkələrdə bu məsələ ilə bağlı kifayət səviyyədə tədbirlərin görülmədiyini qeyd edib.

Lancet hesabatının bu həftə İngiltərənin paytaxtı Londonda ilk dəfə nazirlər səviyyəsində keçiriləcək ruhi sağlamlıqla bağlı zirvə yığıncağından əvvəl yayılması diqqət çəkir.



Әlaqәli Xәbәrlәr