• Video Qalereya

Türkiyənin ilk aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST” başladı

Türkiyənin ilk aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST”  bugün başladı.

Türkiyənin ilk aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST” başladı

Türkiyənin ilk aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST”  bugün başladı.

İstanbulda tikilən, dünyanın ən böyük yeni hava limanında keçirilən festivala ölkənin ölkənin müxtəlif şəhərlərindən 518 komanda və 2 minə yaxın şagird və tələbə qatılır.

Festival Türkiyənin texnologiyada gəldiyi nöqtəni ortaya qoyacaq.

Müdafiə Sənayesi sədrinin müavini Calal Sami Tüfəkçi son illərdə Türkiyənin müdafiə sənayesində yerli olma nisbətinin mühüm səviyyədə artırdığını söyləyib.

Festivalın təşkilatçılarından T3 Vəqfinin icra heyətinin üzvü Haluq Bayraktar isə festivalın əlavə dəyəri yüksək məhsullar istehsal edilməsində şüur yaradacağını vurğulayıb.

Festival musiqi parçaları ilə start görüb, fəstival çərçivəsində Türkiyə Silahlı Qüvvələrində vəzifəli “Türk Ulduzları”nın yarım saatdək davam edən uçuşları olub.

“Türk Ulduzları”nın uçuşundan sonra Ədalət və İnkişaf Partiyasının millət vəkili və Supertsport üzrə dünya çempionu motosiklətçi Kənan Sofuoğlunun mindiyi “Kawasaki H2R”nin iştirak etdiyi yarış təşkil edilib.



Әlaqәli Xәbәrlәr