• Video Qalereya

Bütün antibiotiklərə müqavimət göstərən insan dərisindəki bakteriya

Elm xadimləri insan dərisində yayğın müşahidə olunan bir bakteriyadan məlum olan bütün antibiotiklərə müqavimət göstərdiyini kəşf etdi.

Bütün antibiotiklərə müqavimət göstərən insan dərisindəki bakteriya

Elm xadimləri insan dərisində yayğın müşahidə olunan bir bakteriyadan məlum olan bütün antibiotiklərə müqavimət göstərdiyini kəşf etdi.

Avstraliyanın Melbörn universitetində vəzifəli elm xadimləri “staphylococcus epidermidis” adlı bakteriyanın fərqli antibiotik formalarına kütləvi şəkildə müqavimət göstərən növləri olduğunu müəyyənləşdirdi.

Avropada ortaya çıxan supər bakteriya növünün qlobal olaraq yayıldığı bildirilir.

Avstraliyada 2012-ci ildə bir xəstədə müşahidə olunan super bakteriya barəsində 6 ildir fəaliyyətlər aparan Dr. Jean Lee sözügedən bateriyanın, “rifampicin və vancomycin” növü antibiotiklərə qarşı müqavimətli olduğunu bildirib.  

Bu iki antibiotik növünün bir-birinə altərnativ müalicilər olduğunu ifadə edən araşdırmaçılar hər iki növə müqavimət göstərən super bakteriyanın müalicə alternativlərinə son qoyduğuna diqqət çəkiblər.

Lee antibiotik müqavimətinin bəzi durumlarda müalicə olunmayacaq səviyyəyə çatdığına işarə edib.

Xəstəxana infəksiyalarına da səbəb olan super bakteriyanın 10 ölkədə 79 səhiyyə mərkəzində müşahidə olunduğu bildirilib.

Araşdırmaçılar ifrat səviyyədə və nəzarətsiz antibiotik istifadəsinin bakteriyaları dərmanlara qarşı daha da immunitetli hala gətirdiyinə diqqət çəkirlər.

Araşdırmanın nəticələri “Nature Microbiology” jurnalında dərc olunub.


Etiketlәr: bakteriya , antibiotik

Әlaqәli Xәbәrlәr