İlk yerli helikopterin ilk uçuşu

Milli mənbələrlə buraxılan ilk helikopter “T625 Ümumi Məqsədli Helikopter” ilk uçuşunu reallaşdırdı.

İlk yerli helikopterin ilk uçuşu

Türkiyədə milli mənbələrlə buraxılan ilk helikopter “T625 Ümumi Məqsədli Helikopter” ilk uçuşunu reallaşdırdı.

Türkiyənin Müdafiə Sənayesinin sədri İsmayıl Dəmir tamamilə yerli mənbələrlə inkişaf etdirilən ilk helikopterin ilk uçuşunun xeyirli olmasını dilədi.

“T625” helikopteri çətin iqlim və coğrafiyalarda, yüksək hündürlük və yüksək temperatur, gecə və gündüz şərtlərində təsirli şəkildə uçaraq vəzifəsini yerinə yetirə biləcək.

Helikopter geniş gövdə qurğusuna sahib olduğuna görə VIP, yük, təcili yardım üçün istifadə, axtarış və xilasetmə və dənizlərdə qarşı sahilə daşıma vəzifələrini icra edə biləcək.

2 ekipaj və 12 sərnişin tutumlu “T625 Ümumi Məqsədli Helikopter”in seriyalı istehsalına 2021-ci ildə başlanacağı nəzərdə tutulur.

Helikopterin Türkiyə Silahlı Qüvvələri və digər qurumların bu sahədəki ehtiyaclarının xüsusi şəkildə ödənilməsi hədəfilə Müdafiə Sənaye Sədrliyinin koordinasiyasında Türk Aviasiya Kosmos Sənaye (TUSAŞ) tərəfindən istehsalına 2010-cu ildə qərara gəlinib.  



Әlaqәli Xәbәrlәr