İlk kosmik lift yaradılıb

Yapon alimləri kosmik lift prototipi üzərində sınaqlar keçirəcəklər. Qurğu gələn həftə “H-IIB” raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılacaq.

İlk kosmik lift yaradılıb

 

Kosmik lift yüklərin raketlərdən istifadə etmədən kosmosa çıxarılması üçün nəzərdə tutulmuş hipotetik mühəndislik qurğusudur. Qurğunun əsas komponenti Yer kürəsinin səthindən orbital stansiyaya kimi uzanan möhkəm burazdır. Stansiya geostasionar orbitdə yerləşir və mərkəzdənqaçma qüvvəsi sayəsində burazı saxlayır. Buraz vasitəsilə yükqaldırıcı mexanizm hərəkət edir.

Kosmik lift prototipi mühərriki olan balaca qutu, həmçinin iki kiçik peyk arasında çəkilmiş 10 metrlik kabeldən ibarətdir. Aparatlara quraşdırılmış kameralar liftin fəaliyyətinə nəzarət etməyə imkan verəcək.

Məlumata görə,2050-ci ilədək liftin köməyi ilə kosmosa turist göndərmək planlaşdırılır.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr