Bakteriya ilə mübarizə aparan süni hüceyrələr yaradıldı

ABŞ alimləri laboratoriya şəraitində bakteriya ilə mübarizə edə bilən süni hüceyrələr yaratdılar.

Bakteriya ilə mübarizə aparan süni hüceyrələr yaradıldı

ABŞ alimləri laboratoriya şəraitində bakteriya ilə mübarizə edə bilən süni hüceyrələr yaratdılar.

Nəticələri "ACS Applied Materials and İnterfaces" jurnalında dərc olunan tədqiqatda yaradılan süni hüceyrələrin canlı hüceyrələrin bəzi xüsusiyyətlərini təqlid etdiyi və laboratoriya şəraitində E. coli bakteriyasını müəyyən edərək, ortadan qaldırdığı bildirildi.

Amerika Birləşmiş Ştatlarının Kaliforniya Universitetinin biomediklərinin lipozomlardan istehsal etdikləri "leqo bloklarına" bənzədilən süni hüceyrələrin ömrünün qısa olduğu və bölünmədiyi qeyd edildi.

Tədqiqatın rəhbəri professor Cheemeng Tan: "Süni hüceyrələr reaksiya verə və bakteriya ilə qarşılıqlı təsirdə ola bilirlər, eyni zamanda, yerləşdiyi mühitdən çox az asılı olurlar, bakteriyanı müəəyyən edərək öldürə bilən sistemlər kimi hərəkət edə bilirlər" dedi.

Antibakterial süni hüceyrələrdən gələcəkdə başqa müalicələrə dirənişli müqavimət göstərən infeksiyalarla mübarizədə istifadə olunmasına ümid edilir.

 



Әlaqәli Xәbәrlәr