Dünyanın ən sürətli dronları İstanbulda yarışacaq

Sentyabrın 20-dən 23-dək İstanbulda Dünya Dron Çempionatı təşkil olunacaq.

Dünyanın ən sürətli dronları İstanbulda yarışacaq

Sentyabrın 20-dən 23-dək İstanbulda Dünya Dron Çempionatı təşkil olunacaq.

İstanbulun yeni hava limanında keçiriləcək tədbirdə dünyanın ən sürətli dronları yarışacaq.

Türkiyənin ilk aviasiya, kosmos və texnika festivalı sayılan “Teknofest İstanbul” çərçivəsində təşkil olunacaq yarışda 25-dən çox ölkəni 64 idmançı təmsil edəcək.

Dünyada ilk dəfə ən çox ölkənin təmsil olunacağı bu dron yarışında qurğuların saatda 250 kilometr sürətlə hərəkət edəcəyi gözlənilir.

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr