Yaponiyanın “Nidec”i Almaniyanın “MS-Graessner”ini aldı

Yaponiya şirkəti sürət azaldan orta boy ötürücü qurğularıyla tanınan Almaniya şirkətini 100 faiz satın aldıqlarını bildirib. Məlumatda yazılır...

Yaponiyanın “Nidec”i Almaniyanın “MS-Graessner”ini aldı

  Yaponiyanın avtomobil hissələri istehsalçısı “Nidec” mərkəzi Almaniyada yerləşən, orta miqyaslı ötürücü qurğu istehsalçısı “MS-Graessner”i aldı.

  Yaponiya şirkəti sürət azaldan orta boy ötürücü qurğularıyla tanınan Almaniya şirkətini 100 faiz satın aldıqlarını bildirib. Məlumatda yazılır: “Almaniyanın 1955-ci ildə qurulan “MS-Graessner” şirkətini almaqla “Nidec”in ötürücü qurğu satışında avropalı müştərilərinə robot qollarıyla bağlı sürəti azaldan qurğuların çox variantını təqdim edəcək.”

  Yaponiya mediasının yazdığına görə, “Nidec” Almaniya şirkətini almaq üçün təxminən 5 milyard yen (45 milyon dollar) ödəyib.



Әlaqәli Xәbәrlәr