Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI” startapı “QTrobot” adlı robot təqdim edib. Məlumata görə, o, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi üçün hazırlanıb.

Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Autizmdən əziyyət çəkən insanlarda erkən yaşlardan sosial qarşılıqlı əlaqələrdə problemlər müşahidə olunur: əksər hallarda belə insanlar qapalı olur, çətinliklə yeni münasibətlər qurur və ünsiyyət saxlayırlar.

“LuxAI” startapının yaradıcıları hesab edirlər ki, ünsiyyət zamanı mütəxəssislərlə birgə robot-vasitəçidən istifadə edilməsi uşaqlara təlim və ünsiyyət zamanı psixoloji narahatlıqdan xilas olmaqda kömək edə bilər. “QTrobot” söz, jest və üz ifadələri vasitəsilə ünsiyyət yaradır. Məsələn, robotun köməyilə uşağa emosiyaları tanımağı, ünsiyyət qurmağı və sadə tapşırıqları səmərəli yerinə yetirməyi öyrətmək mümkündür.

 

Mənbə: Trend informasiya agentliyi



Әlaqәli Xәbәrlәr