Alimlər bioprinterdə insan damarları çap ediblər

ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalının mütəxəssisləri üçölçülü printerdə insan bədənindəki damarları imitasiya edən boruşəkilli strukturlar yaradıblar.

Alimlər bədəndə boruşəkilli strukturları əvəzləyə bilsələr artrit, ateroskleroz, tromboz, iltihabi xəstəliklər və anomaliyalara qalib gəlmək mümkün olacaq. Prosedurun uğurlu alınması üçölçülü bioprinterdə istifadə edilən mürəkkəblərdən asılıdır.

Tədqiqat zamanı alimlər insan hüceyrələrinin çoxalması üçün onları hidrogellə qarışdırıblar. Printer üç qata malik boruşəkilli strukturların çapına köklənib. Çap olunmuş boruşəkilli strukturların mayelərlə qida maddələrini daşımaq qabiliyyəti yoxlanılıb. Sınaqlar müvəffəqiyyətlə başa çatıb.

Mənbə:AZƏRTAC

Әlaqәli Xәbәrlәr