Amerikalı alimlər donuzlara süni ağciyər köçürüblər

Amerika Birləşmiş Ştatlarının Texas Universitetinin alimləri insan ömrünün uzadılması istiqamətində daha bir addım atıb.

Amerikalı alimlər donuzlara süni ağciyər köçürüblər

Amerika Birləşmiş Ştatlarının Texas Universitetinin alimləri insan ömrünün uzadılması istiqamətində daha bir addım atıb. Amerikalı alimlər donuzlara süni yetişdirilmiş ağciyər köçürüblər. Transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub.

Tədqiqatçılar qidalandırıcı məhlulda laboratoriya heyvanlarının bütün hüceyrələrini çıxarmaqla zülal strukturundan orqanlar yetişdirməyə nail olublar. Yerdə qalan elastik üçölçülü əsas sahə resipiyent donuzun hüceyrələri ilə doldurulub. Yetişdirmə prosesi bir aya başa çatıb. Bundan sonra orqanlar fərdi damar şəbəkəsi yaradıb.

Alimlər  gələcəkdə bu üsulu daha da inkişaf etdirib sağlam orqan əldə edə biləcəklərini ümid etdiklərini bildirib.

 

 



Әlaqәli Xәbәrlәr