Alimlər: Beyindəki toksik zülal Altsheymer xəstəliyinin səbəbi deyil

Əvvəlki tədqiqatlar Altsheymer xəstəliyinin səbəbinin beyində yığılan beta-amiloid zülalının olduğunu göstərmişdi.

Alimlər: Beyindəki toksik zülal Altsheymer xəstəliyinin səbəbi deyil

Hesab edilirdi ki, bu zülal əsəb hüceyrələrini öldürür və başqa zülaldan toksik yumaqlar formalaşdırır. Məlumata görə, Kvinslend Universitetinin alimləri bunu təkzib edirlər.

Tədqiqatçılar Daun sindromu olan insanların gövdə hüceyrələrində eksperiment aparıblar. Onların bir çoxunda Altsheymer xəstəliyi erkən mərhələdə inkişaf edir. Alimlər CRISPR genomunu redaktə edən texnologiyanın köməyi ilə gövdə hüceyrələrində beta-amiloidin sələfi olan zülalın səviyyəsini dəyişiblər. Mütəxəssislər aşkar ediblər ki, neyronların məhv olmasında və neyrofibrilyar yumaqların yaranmasında beta-amiloid zülalı həlledici rola malik deyil.

Bundan əvvəl Belfast Kral Universitetinin alimləri aydınlaşdırıblar ki, torlu qişanın altındakı sarı ləkələr demensiyanın (ağıl zəifliyi) ilk əlamətlərindən biri ola bilər. Bu ləkələr gözlərin skan edilməsi zamanı torlu qişanın altında üzə çıxan yağ və kalsium təbəqələri şəklindədir.

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr