• Video Qalereya

Türk ixtiraçılar Cenevrə Beynəlxalq İxtiralar Fuarında

46-cı Cenevrə Beynəlxalq İxtiralar Fuarı 11-15 Aprel tarixlərində İsveçrədə keçiriləcək. Fuarda Türkiyəni 3 ixtiraçımız təmsil edəcək.

Türk ixtiraçılar Cenevrə Beynəlxalq İxtiralar Fuarında

Türk patentin məlumatına görə, İsveçrənin Cenevrə şəhərində təşkil olunacaq “46-cı Cenevrə Beynəlxalq İxtiralar Fuarında” 45 ölkədən minə qədər yeni ixtiranın təqdimatı olacaq.

Sabah öz işinə başlayacaq və 15 Aprelə qədər davam edəcək tədbirdə yüksək qiymətləndirilən ixtiralara müxtəlif kateqoriyalarda mükafatlar veriləcək.

 Sərgiyə, Arifə Sara Ziya, yemək bişirilərkən avtomatik qarışdırılmasını təmin edən və qurma mexanizmi ilə nəzarət edilən qarışdırma  aparatlı "qurmalı qazan", Rəşid Ahıska isə 1-3 dəqiqədə 30-50 qram buz istehsal edən "masaüstü termoelektrik buz maşını" ixtirasına görə tədbirə qatılacaq.

 



Әlaqәli Xәbәrlәr