Türkiyənin müdafiə sənayesi məhsulları Qətərdə nümayiş etdirilir

Doha Beynəlxalq Dəniz Müdafiə Sərgisi və Konfransı (DIMDEX 2018) Qətərin paytaxtı Dohadakı Qətər Milli Konqres Mərkəzində öz işinə başlayıb.

927878
Türkiyənin müdafiə sənayesi məhsulları Qətərdə nümayiş etdirilir

Sərginin açılış mərasimində Türkiyəni Milli Müdafiə naziri Nurettin Canikli, Baş qərargah rəisi ordu Generalı Hulusi Akar, müdafiə sənayesi müşaviri (MSM) İsmail Dəmir təmsil edib.

Qətər Əmri Şeyx Tamim bin Hamad Əl Sanının himayədarlığı və Qətər Silahlı Qüvvələrinin ev sahibliyilə təşkil edilən ‘DIMDEX 2018’ sərgisində 180-dən çox firmanın məhsulları nümayiş etdirilir.

Deniz müdafiə sənayesinə istiqamətli tədbir kimi təşkil edilməyə başlayan DIMDEX, bir neçə il ərzində əhatə dairəsi genişləyərək aviasiya, elektron sistemlər və quru sistemlərinin də sərgiləndiyi sərgiyə çevrilib.

Türkiyə sərgidə 33 firma ilə təmsil edilir. Türk firmalarına məxsus stentlərə hərs olunan ərazi 2 min 413 kvadratmetrdir.

Türk firmalar nümayiş etdirdikləri zirehli texnikalar, yüksək sürətli qayıq, silah sistemləri, hərbi-sursat və simulator kimi məhsullarla diqqətləri cəlb edir.

Sərginin açılış mərasimindən sonra müdafiə naziri Canikli, Akar və Dəmir, Türk şirkətlərinin stentlərini ziyarət edib. Yeni məhsul və layihələr haqqında məlumat alıb.

Qeyd edək ki, Türkiyə Körfəzdəki ölkələrlə müdafiə sənayesində əməkdaşlığı yüksək qiymətləndirir və bu ölkələr ilə əməkdaşlığı hər sahədə inkişaf etdirməyi məqsəd götürüb. Qarşılıqlı güvən, ortaq dəyər və maraqlara əsaslanan əlaqələri irəli pillələrə qaldırmağın, əməkdaşlıq çərçivəsində istehsal ediləcək məhsulların ixracatının həm Türkiyənin həm də bölgə ölkələrin silahlı qüvvələrinin inkişafına, eyni zamanda bölgədə sabitlik və təhlükəsizliyin bərpasına töhfə verəcəyinə inanır.



Әlaqәli Xәbәrlәr