• Video Qalereya

Türk dili imtahanı sabah 35 ölkədə ümumilikdə 41 məntəqədə keçiriləcək

Əcnəbi vətəndaşlar üçün nəzərdə tutulan Türk dili imtahanı sabah 35 ölkədə ümumilikdə 41 məntəqədə keçiriləcək.

Türk dili imtahanı sabah 35 ölkədə ümumilikdə 41 məntəqədə keçiriləcək

Əcnəbi vətəndaşlar üçün nəzərdə tutulan Türk dili imtahanı sabah 35 ölkədə ümumilikdə 41 məntəqədə keçiriləcək.

Yunus Emre İnstitutunun açıqlamasına əsasən, iki mərhələdə keçiriləcək imtahanın birinci hissəsində oxuma, dinləmə və yazma, ikinci hissədə isə danışmaq bacarığı ölçüləcək.

Türk dilini hansı səviyyədə bildiklərinə dair sənəd almaq istəyən əcnəbilərin qatıldığı imtahanda uğurlu olanlara ballarına görə B2,C1,C2 səviyyələrində sertifikat veriləcək.

“Türk dilim yetərlidir”    (Türkçe Yeterlik Sınavı)  imtahanından sonra  uğurlu olan  tələbələr aldığı sertifikat əsasında Türkiyədəki hər hansı universitetə müraciət etdiyində, bir il hazırlıq kursu oxumadan  birbaşa   təhsil ala bilirlər.

Sertifikatı olanlara öz ölkələrində beynəlxalq sahədə fəaliyyət göstərən şirkətlərdə işləmək istədiklərində, həmçinin Türk dilində tərcümə işilə məşğul olmaq yaxud da ölkə xaricində Türkcə dilini öyrətmək istəyən müəllimlərə də iş müraciətlərində üstünlük təmin edir.

İmtahan nəticələri yanvarın 26-da elan ediləcək.

Türk dili imtahanı il ərzində ikinci dəfə mayın 5-də keçiriləcək, bunun üçün martın 19-dək müraciət etmək mümkün olacaq.

İmtihan üçün müraciət etmək istəyənlər "tys.yee.org.tr" ünvanından ətraflı məlumat əldə edilə bilər.



Әlaqәli Xәbәrlәr