Qravitasiyanın yoxluğu insan boyunu uzadır

Yapon astronavt Norişiqe Kanai beynəlxalq kosmik stansiyada olduğu 3 həftə ərzində boyunun 9 santimetr uzandığını bildirib.

Qravitasiyanın yoxluğu insan boyunu uzadır

Astronavt Kanai Tvitter hesabındakı şərhində: “Sizə vacib xəbərim var. Mən fiziki parametrlərimin ölçülməsinin də daxil olduğu tibbi müayinədən keçdim. Nəticələr boyumun 9 santimetr uzandığını göstərdi. Bu 3 həftə ərzində reallaşdı. Yerə qayıdarkən “Soyuz” gəmisinin oturacağına yerləşib yerləşməyəcəyimi bilmirəm. Bundan narahatam.

Qeyd edək ki, bir qayda olaraq astronavtlar qravitasiyanın yoxluğundan kosmik fəzada olarkən bir neçə santimetr uzanırlar. Yerə qayıtdıqdan bir neçə gün sonra isə onların boyu əvvəlki ölçüsünə qayıdır.



Әlaqәli Xәbәrlәr