Smartfonda istənilən insanı izləmək mümkündür

Vaşinqton Universitetinin tədqiqatlarına əsasən istənilən şəxs xüsusi hazırlıq olmadan yüksək dəqiqliklə sizin harda olduğunuzu təyin edə bilər.

Smartfonda istənilən insanı izləmək mümkündür

Vaşinqton Universitetinin tədqiqatlarına əsasən istənilən şəxs xüsusi hazırlıq olmadan yüksək dəqiqliklə sizin harda olduğunuzu təyin edə bilər.

Bu proses smartfonlar üçün olan target reklamı sayəsində reallaşdırılır. Təqribi olaraq qiyməti 1000$ olan reklam paketi alıb onu istifadəçinin konkret cihazına inteqrasiya edərək, hacker hər zaman həmin istifadəçinin harda olduğunu biləcək. Artıq sirr deyilki sosial şəbəkələrdə olan səhifə baxışları, alış-verişlər və davranış haqqında məlumatlar yığılır. Bu siyahıya artıq reklam da daxil edilib. Onun vasitəsilə istənilən istifadəçinin yerini təyin etmək mümkündür.

Tədqiqatçılar müəyyən ediblər ki, istiqamətləndirilmiş reklam sayəsində hər hansı bir şəxsin müəyyən yerə nə zaman getdiyini təyin etmək olar. Onlar həmçinin smartfonun yerini təyin etməyə imkan verən reklam elanları sayəsində bir insanın bütün şəhər gəzintisini də təyin edə biliblər. Hansısa şəxsin izlənməsi imkanını verən bu cür reklam paketini istənilən insan ala bilər. Sözügedən reklam paketini almış hacker həmçinin öz qurbanının hansı tətbiqlərdən istifadə etdiyini də öyrənə bilər.

Beləliklə o, şəxsin maraqları, tanışlıqları, dini və siyasi baxışları və ya digər şəxsi məlumatları əldə edə bilər. Təkcə bilinməli lazım olan özəllik şəxsin smartfonunun mobil reklam identifikatorudur (MAID). Bu unikal identifikatorlar insanın olduğu yer və marağına uyğun olaraq istiqamətləndirilmiş reklamı təqdim etməkdə marketoloqlara yardımçı olurlar. MAID-ı öyrənmək heç də çətin deyil. O, smartfon sistemində açıq mənbə şəklində yerləşir. Beləliklə reklam servis üzərindən insanın yerini 8 metrə qədər dəqiqliklə təyin etmək mümkündür.

 

Mənbə:Milli.Az



Әlaqәli Xәbәrlәr