Nəhəng kosmik teleskop hazırlanıb

NASA mühəndisləri “Hubble” kosmik teleskopunu əvəz edəcək nəhəng kosmik teleskopun yığılmasını başa çatdırıblar.

860817
Nəhəng kosmik teleskop hazırlanıb

Gələn ilin oktyabr ayında kosmosa buraxılışı nəzərdə tutulan “James Webb” Orbital İnfraqırmızı Rəsədxanası (JWST) hazırda test sınaqlarından keçirilir.

NASA-nın ikinci rəhbərinin adını daşıyan JWST teleskopu Yer-Günəş sisteminin “L2 Laqranj” nöqtəsi ətrafında halo orbitində hərəkət edəcək.

 “James Webb” teleskopunun əsas xüsusiyyəti onun güzgüsünün seqmentlərdən ibarət olmasıdır. Teleskopun sahəsi “Hubble” teleskopuna nisbətdə yeddi dəfə böyükdür.

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr