Dünyanın ən sürətli kompüteri

Çinin super kompüteri yenə də dünyanın ən sürətli kompüteri seçildi.

Dünyanın ən sürətli kompüteri

Amerika Birləşmiş Ştatları və Almaniyadakı kompüter mütəxəssisləri tərəfindən ildə iki dəfə hazırlanan "Dünyanın Ən Sürətli 500 Super Kompüteri" siyahısında Çinin super kompüteri Sunway-TaihuLight  93 petaflop gücü ilə birinci, yenə Çin istehsalı super kompüter Tienhı-2 33.9 petaflop gücü ilə ikinci oldu.

Sözügedən super kompüter Çinin şərqində Cianqsu əyalətinin Vuşi vilayətindəki Milli Super Kompüter Mərkəzindədir.

İsveçin 19.6 petaflop gücünə malik Piz Daint kompüteri siyahıda üçüncü yeri tutdu.

Bu kompüterləri  19.1 petaflop gücü ilə yapon kompüteri Gyoukou  təqib etdi.

5-ci yerdə  17.6 petaflor gücündəki  Titan adlı ABŞ kompüteridir.

 



Әlaqәli Xәbәrlәr