“NASA” asteroidlərlə mübarizə aparacaq

ABŞ Kosmik Agentliyində (NASA) vəzifəsi kosmik məkanın monitorinqi və xüsusi təhlükəli göy cisimlərinin müşahidəsi olacaq beynəlxalq tədqiqat qrupu yaradılıb.

“NASA” asteroidlərlə mübarizə aparacaq

ABŞ Kosmik Agentliyində (NASA) vəzifəsi kosmik məkanın monitorinqi və xüsusi təhlükəli göy cisimlərinin müşahidəsi olacaq beynəlxalq tədqiqat qrupu yaradılıb.

Məlumata görə, asteroidlərin Avropa Cənub Rəsədxanasının (ESO) böyük teleskopu vasitəsilə aşkarlanması üzrə ilk təlimlər iyunda keçirilib və uğurla başa çatıb. Belə ki, astronomlar tərəfindən “2012 TC4” asteroidi aşkarlanaraq onun Yer kürəsi yaxınlığında hərəkət trayektoriyası hesablanıb.

Sonrakı bir neçə ay ərzində ABŞ, Kanada, Kolumbiya, Almaniya, İsrail, İtaliya, Yaponiya, Niderland, Rusiya və Cənubi Afrika astronomları asteroidi izləyərək onun strukturunu, trayektoriya xüsusiyyətlərini və digər parametrləri tədqiq ediblər.

 

Mənbə:AZƏRTAC 

 



Әlaqәli Xәbәrlәr