10 noyabr - Dünya Elm Günüdür

İlk dəfə elm və sülh həftəsi 1986-cı ildə QHT-nin təşkilatçılığı ilə keçirilib.

10 noyabr - Dünya Elm Günüdür

Bütün dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də 10 noyabr - Dünya Elm Günüdür. Beynəlxalq səviyyədə elm gününün qeyd olunması ideyası hələ ötən əsrin ortalarında meydana çıxsa da, ilk dəfə elm və sülh həftəsi 1986-cı ildə QHT-nin təşkilatçılığı ilə keçirilib. 

1988-ci ildə beynəlxalq elm və sülh həftəsinin təşkili ilə əlaqədar BMT-nin Baş Assambleyası qətnamə qəbul edib. Həmin ildə bu əlamətdar hadisə 4-11 noyabr tarixlərinə təsadüf edib.İlk dəfə 1999-cu ildə Budapeştdə keçirilən Dünya Elm Konfransında bu barədə təşəbbüs irəli sürülüb. Təşəbbüskarlar fikirlərini belə əsaslandırıblar ki, “Sülh və inkişaf naminə” devizi altında Dünya Elm Gününün təqvimə salınması qlobal problemlərin həlli üçün elmlə ictimaiyyətin birliyini təmin edəcək. Beləliklə, 2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasında Dünya Elm Gününün keçirilməsi qərarı rəsmən elan edilib və 2002-ci ildən etibarən bu tarix dünyanın əksər ölkələrində qeyd olunur. Burada əsas məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.



Әlaqәli Xәbәrlәr