Planetləri udan "qatil ulduz" aşkarlandı

ABŞ-dakı Prinston Universitetinin alimləri unikal ikiqat ulduzu aşkarlayıblar. Bu ulduz indiyədək 15 planeti "udaraq" məhv edib.

Planetləri udan "qatil ulduz" aşkarlandı

ABŞ-dakı Prinston Universitetinin alimləri unikal ikiqat ulduzu aşkarlayıblar. Bu ulduz indiyədək 15 planeti "udaraq" məhv edib.

 HD 240430 və HD 240429 adlı bu səma cisimlərinə qədim yunan əsatirlərindəki Kronos və Kriosun adları verilib.

Kronos tanrısı öz övladlarını yeyirdi. Krios isə Kronosun qardaşı idi.

"Sarı cırtdan" və "qatil ulduz" sayılan Kronos planetimizin yaxınlığında, "cəmi" 350 işıq ili məsafəsindədir.

Prinston Universitetinin astrofiziki Semah Ohun dediyinə görə, metallarla zəngin kimyəvi tərkibə malik Kronosda süxur formalaşdıran mineralların miqdarı da yüksəkdir.

Aparılmış spektral analiz ulduzun kimyəvi tərkibində maqnezium, alüminium, qurğuşun, silisium, dəmir, xrom və ittrium da boldur.

"Kiçik qardaş"ı Kriosla birlikdə Kronosun yaşı ən azı 4 milyard ildir. Alimlərin dediklərinə görə, 1980-ci ildən bəri Günəşəbənzər ulduz Kronos ətrafındakı 15 planetin hamısını udaraq məhv edib.

Həmin planetlərin ən kiçiyi Yer boyda olub.

 

Mənbə: Milli.Az



Әlaqәli Xәbәrlәr