Sürücülər üçün “zəngli papaq” yaradılıb

Bu xüsusi papağa sürücü mürgüləyəndə və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb.

Sürücülər üçün “zəngli papaq” yaradılıb

“Ford” şirkəti sürücülər üçün “zəngli papaq” yaradıb. Bu xüsusi papağa sürücü mürgüləyəndə və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb.

Məlumata görə,  ixtiraçılar beyzbol papağına nəzarətçi, akselerometr, qiroskop və parlaq işıq diodu yerləşdiriblər. Sürücü yuxuya gedən kimi onun başı həmişəkindən daha çox aşağı enir. Bu zaman işə düşən ötürücülər məlumatı dərhal emal edərək səs siqnalı verir və parlaq fənər sürücünün üzünə işıq saçır.

 

 

Mənbə:AZƏRTAC

 



Әlaqәli Xәbәrlәr