Türkiyənin milli raketi “Atmaca”nın ilk atışı reallaşdı

Gələcək il gəmi platformasından atışlar reallaşacaq.

Türkiyənin milli raketi “Atmaca”nın ilk atışı reallaşdı

Dəniz Qüvvələri Komandirliyi Dəniz Texnik komandiri admiral Əhməd Çakır “Atmaca gəmivuran raketi” olaraq da adlandırılan “Atmaca” idarəolunan mərmisinin ilk atışlarının reallaşdığını bildirərək deyib ki, gələcək il gəmi platformasından atışlar rəallaşacaq.

Çakır Orta Doğu Texnik Universiteti (OTDÜ) Mədəniyyət və Konqres Mərkəzində keçirilən Dəniz Sistemləri seminarında  etdiyi çıxışda son illərdə müdafiə sənayesində nəhəng addımlar atıldığını və gələcəkdə beynəlxalq sahədə önəmli rol götürəcəyini söyləyib.

Türkiyənin gəmi dizayn və inteqrasiyasında xaricə asılılıqdan xilas olduğunu qeyd edən Çakır dəniz sistemlərində müxtəlif texnologiyaların milliləşdirildiyini, bu sahədə fəaliyyətlərin davam etdiyini söyləyib.

Admiral Əhməd Çakır idarəolunan mərmidə qısa müddət ərzində əldə olunan hədəflərin Türkiyənin bu sahədə də beynəlxalq sahədə lider ölkələrdən biri olacağını göstərdiyini vurğulayaraq deyib ki, “Atmaca” layihəsini yaxından izləyirik, ilk atışlar həyata keçirildi. Gələcək il gəmi platformasından da atışlar olacaq. “Harpoon” ilə əvəz etməyi planlaşdırdığımız “Atmaca”nın “Harpoon”dan sonra üstün keyfiyyətli, uzun mənzilli bir mərmi olmasını məqsəd götürmüşük. Buna şübhəm yoxdur, ən yaxın zamanda bu məqsədimizə nail olacağıq.

Çakır dəniz sistemlərində əldə olunan uğurların milli tank və milli döyüş təyyarələri sahəsində atılan addımlarda önəmli rol oynadığını da deyib.



Әlaqәli Xәbәrlәr