Təxirə salınan "Soyuz 2-1a” raketi, nəhayət, fəzaya göndərildi

Qazaxıstanın Baykonur Kosmos Bazasından fəzaya Beynəlxalq Kosmos Stansiyasına yanacaq, qida və oksigen aparacaq “Soyuz 2-1a” raketini göndərilib.

Təxirə salınan "Soyuz 2-1a” raketi, nəhayət, fəzaya göndərildi

  Kazinform Agentliyinin xəbərinə görə, “Progres MC-07” yük kapsulu 2 gün sonra stansiyaya çatacaq.

  Qeyd edək ki, “Soyuq 2-1a” raketinin kosmik səfəri oktyabrın 13-də uçurdulmasına 1 dəqiqə qalmış açıqlanmayan səbəbə görə təxirə salınmışdı.

  Xatırladaq ki, Beynəlxalq Kosmos Stansiyası Rusiya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Avropa və Kanada kosmik təşkilatları tərəfindən modulların birləşdirilməsi məqsədilə yaradılıb və burada birgə elmi tədqiqatlar aparılır.  



Әlaqәli Xәbәrlәr