iPhone 8, 8 Plus və düyməsiz iPhone X modellərinin təqdimat mərasimi keçirildi

Apple 10-cu ildönümü mərasimində iPhone 8, 8 Plus və düyməsiz iPhone X modellərinin təqdimatını keçirdi.

iPhone 8, 8 Plus və düyməsiz iPhone X modellərinin təqdimat mərasimi keçirildi
Apple yeni iPhone modellerini təqdim etdi
Apple yeni iPhone modellerini təqdim etdi

Apple 10-cu ildönümü mərasimində  iPhone 8, 8 Plus və düyməsiz iPhone X modellərinin təqdimatını keçirdi.

 

"Apple"in 10-cu smartfon modeli olan "iPhone X" çərçivəsiz ekrana malikdir.

Smartfon 5,8 düymlük OLED displeyə malikdir.

Smartfonun işə salınması üçün "Apple" simanın tanınması texnologiyasını hazırlayıb. Face İD vasitəsilə ödənişlər etmək də mümkündür.

"iPhone X"in əsas kamerasının hzər iki modulunda "Samsung Galaxy Note8"də olduğu kimi optik stabilləşdirmə var. Əsas sensor f/1.8, ikinci və ikiqat zumlu isə f/2,4 aperturalıdır.

İkiqat frontal kamera "boke" stilli portret fotolar çəkə bilir.

64 və 256 qeqabayt yaddaşlı iki variantda olacaq "iPhone X"in minimal satış qiyməti 999 dollardır.

Smartfon noyabrın 3-də satışa çıxarılacaq.



Әlaqәli Xәbәrlәr