“Facebook” sosial şəbəkəsi 1,2 milyon avro cərimələndi

İspaniyada şəxsi məlumatların mühafizəsi agentliyi “Facebook” sosial şəbəkəsini 1,2 milyon avro məbləğində cərimələyib.

“Facebook” sosial şəbəkəsi 1,2 milyon avro cərimələndi

İspaniyada şəxsi məlumatların mühafizəsi agentliyi “Facebook” sosial şəbəkəsini 1,2 milyon avro məbləğində cərimələyib.

Agentliyin sənədinə əsasən, “Facebook” ölkənin şəxsi məlumatların mühafizəsinə dair qanununu pozub.

Araşdırma zamanı məlum olub ki, sosial şəbəkə istifadəçilərin şəxsi məlumatlarını qeyd edərkən onların razılığını almır və onlardan reklam kimi istifadə edir.

Agentlik həmçinin məlumatların tamamilə silinməsinə dair tələbinin də qəbul edilmədiyini bildirib.

İspaniyadakı şəxsi məlumatlardan istifadə edilməsi ciddi cinayət qəbul edilir.



Әlaqәli Xәbәrlәr