"Bioloji yaddaş sistemi yaratmaq yolundayıq", S.Şipman

Alimlər canlı DNT-də hərəkətli şəkillər qeyd edib onu yenidən oynatmağı bacardı.

"Bioloji yaddaş sistemi yaratmaq yolundayıq", S.Şipman

  Amerika Birləşmiş Ştatları Harvard Universiteti Tibb fakültəsi alimləri CRISPR adı verilən gen qurğulama üsulunu istifadə edərək bakteriya DNT-GIF formatında hərəkətli bir imic kodlaşdırdı. Sonra DNT-nin nəql edildiyi bakteriyanın genetik kodunu həll edərək görüntünü yenidən canlandırdı.

  Alimlər bildirir ki, “Bununla canlı hüceyrələrdə gedən dəyişmələrin müvəqqəti axışını qeydə ala biləcək. Bu, molekulyar qeydiyyat metodlarının inkişaf etdirilməsi istiqamətində atılmış əhəmiyyətli bir addımdır”.

  ABŞ Milli Səhiyyə İnstitutları (NIH) tərəfindən maliyyələşdirilən bu elmi beyin araşdırmasının müəlliflərindən biri olan Set Şipman (Seth Shipman) deyib: "Müasir zamanda istifadə edilən tibbi texnologiyalardan çox kiçik və funksional quruluşda, birdən çox hadisəni bir zaman içində, müdaxilə olmadan edə biləcək bir bioloji yaddaş sistemi yaratmağı xəyal edirik."



Әlaqәli Xәbәrlәr