Avropa İttifaqı Facebook-u 110 milyon avro məbləğində cərimə etdi

Avropa İttifaqı WhatsApp tətbiqinin satın alınması prosesində yanlış və yanıldıcı məlumatlar verdiyi üçün Facebook-u 110 milyon avro məbləğində cərimə etdi.

Avropa İttifaqı Facebook-u 110 milyon avro məbləğində cərimə etdi

      Facebook WhatsApp tətbiqini 2014-ci ildə təqribən 22 milyard dollara satın almışdı.
     Şirkət WhatsAppı satın alarkən Aİ tənzimləyici təşkilatına şəxsi məlumatları toplamayacağı, iki şirkət arasında paylaşmayacağı və istifadəçi hesablarının birləştirilməyəcəyi barədə öhdəliklər götürmüşdü. Lakin WhatsApp-ın avqust ayında həyata keçirdiyi siyasət dəyişikliyi ilə telefon nömrələri, profil adları kimi müxtəlif istifadəçi məlumatlarını baş firma Facebook-la bölüşməyə başladı.

        Aİ Komissiyası keçən aylarda Facebook-u 2014-ci ildə birləşmə prosesindəki ilk açıqlamalarının əksinə hərəkət etdiyi və Aİ tənzimləmələrinə zidd davrandığı üçüv rəsmi surətdə günahlandırdı.
       Facebook-un Aİ Komissiyasına verdiyi cavablar və açıqlamalar məqbul sayılmadı, şirkətə 110 milyon avro məbləğində cəza kəsildi.
        Avropada fəaliyyət göstərən böyük miqyaslı şirkət birləşmələrinə, və ya satın almalarına nəzarət etmək Aİ Komissiyasının səlahiyyətləri çərçivəsindədir. Aİ Komissiyası bu araşdırmalarda rəqabətə zidd bir vəziyyət olub -olmadığını dəyərləndirir.

 

 



Әlaqәli Xәbәrlәr