Ən son avtomobil modelləri "İstanbul Autoshow" sərgisində

Avtomobil Distributor Dərnəyi (ODD) tərəfindən bu il 17-cisi təşkil edilən "İstanbul Autoshow" sərgisi qapılarını VIP ziyarətçiləri və mətbuat nümayəndələrinə açır.

İstanbul Autoshow.jpg
İstanbul Autoshow.jpg
İstanbul Autoshow.jpg

  TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən sərgidə ODD bünyəsindəki 19 avtomobil markasının yeni və satışı davam edən avtomobilləri nümayiş etdirilir.

  Aprelin 21-də başlayacaq sərgidə ən uyğun qiymətdən tutmuş milyon dollara qədər olan avtomobillər təqdim olunacaq.

  Bu günün və gələcəyin texnologiyalarının sərgisində Alfa Romeo, Aston Martin, Dacia, DFSK, Fiat, Ford, Honda, Hyundai, Jeep, Lexus, Mersedes, Mitsubishi, Nissan, Opel, Peugeot, Renault, Smart, Ssangyong və Toyota markasından olan avtomobillər var.

  Sərgidə avtomobil markaları ilə yanaşı texnologiya, innovasiya, informasiya, aksesuar və yan sənaye firmaları, qeyri-hökumət təşkilatları və mətbuat qurumları da iştirak edir.

  Bu il "Gələcəyə yaxından baxın" şüarıyla reallaşdırılan sərgidə inteqrasiya rabitə yolları, muxtar sürücülük, ağıllı vasitələrlə bağlı da yeniliklər nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr